Ukrayna Donetsk istiqamətində genişmiqyaslı hücuma keçib

Ukrayna Silahlı Qüvvələri cənubi  Donetsk istiqamətində genişmiqyaslı hücuma keçib. 

Azpost.info bildirir ki, bu barədə bazar ertəsi Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov deyib.

Onun sözlərinə görə, Ukrayna cəbhənin beş istiqamətində başlanan genişmiqyaslı hücumda uğur qazana bilməyib.

“İyunun 4-də səhər saatlarında  Ukrayna Silahlı Qüvvələri strateji ehtiyatlarından olan 23 və 31-ci mexanikləşdirilmiş briqadalarını döyüşə cəlb edərək, cənubi Donetsk istiqamətində cəbhənin beş istiqaməti üzrə genişmiqyaslı hücuma keçib. Düşmənin məqsədi onların fikrincə, cəbhənin ən zəif  sektorunda müdafiəmizi yarmaq idi. Düşmən qarşısına qoyduğu tapşırıqlara nail olmayıb”, – Konaşenkov bildirib.

Konaşenkov qeyd edib ki, Şərq Qüvvələri Qrupunun  bacarıqlı hərəkətləri nəticəsində Ukrayna Silahlı Qüvvələrinin itkiləri 250-dən çox şəxsi heyət, 16 tank, üç piyada döyüş maşını, 21 zirehli döyüş maşını təşkil edib.

General-leytenant vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov bu istiqamətdə irəlidə yerləşən komanda məntəqələrindən birində olub.

Azpost.info

 

 

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.