Ukrayna Silahlı Qüvvələri cənubi Donetsk istiqamətində genişmiqyaslı hücuma keçib.
Azpost.info bildirir ki, bu barədə bazar ertəsi Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov deyib.
Onun sözlərinə görə, Ukrayna cəbhənin beş istiqamətində başlanan genişmiqyaslı hücumda uğur qazana bilməyib.
“İyunun 4-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələri strateji ehtiyatlarından olan 23 və 31-ci mexanikləşdirilmiş briqadalarını döyüşə cəlb edərək, cənubi Donetsk istiqamətində cəbhənin beş istiqaməti üzrə genişmiqyaslı hücuma keçib. Düşmənin məqsədi onların fikrincə, cəbhənin ən zəif sektorunda müdafiəmizi yarmaq idi. Düşmən qarşısına qoyduğu tapşırıqlara nail olmayıb”, – Konaşenkov bildirib.
Konaşenkov qeyd edib ki, Şərq Qüvvələri Qrupunun bacarıqlı hərəkətləri nəticəsində Ukrayna Silahlı Qüvvələrinin itkiləri 250-dən çox şəxsi heyət, 16 tank, üç piyada döyüş maşını, 21 zirehli döyüş maşını təşkil edib.
General-leytenant vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov bu istiqamətdə irəlidə yerləşən komanda məntəqələrindən birində olub.
Azpost.info