Ukrayna dronlarının Rusiyada yeni hədəfləri elektronika zavodlarıdır

Ukrayna dronlarının Rusiyada yeni hədəfləri elektronika zavodlarıdır.

Azpost.info xəbər verir ki, dronlar hərbi və enerji infrastrukturu obyektləri ilə yanaşı, bu zavodları da vurmağa başlayıblar.

Avqustun 30-da dronlardan biri Rusiyanın ən böyük mikroelektronika istehsalçısı olan Bryansk vilayətindəki “Kremniy EL” şirkətinə hücum edib.

“Baza” Teleqram kanalının məlumatına görə, dron hücumu zavodun 16-cı korpusunda 40 kvadratmetr sahədə yanğına səbəb olub.

Sentyabrın 1-də səhər saatlarında Moskva meri Sergey Sobyanin Moskva vilayətinin Lyubertsı şəhərində vurulan pilotsuz təyyarə barədə məlumat verib. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusovun sözlərinə görə, dron hədəfinə çatıb və elektronika zavodunu vurub.

Azpost.info

 

Əvvəlki məqalə

“Münaqişəni Rusiya ərazisinə keçirmək lazımdır”

Sonrakı məqalə

Təxribat zamanı məhv edilən erməni hərbçilərin adı açıqlanıb