Ukrayna gələn il raket sistemlərinə təxminən 5 milyard dollar xərcləməyi planlaşdırır.
Azpost.info xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Yuri Djiqir bildirib.
Onun sözlərinə görə, bu, ölkənin növbəti il üçün müdafiə büdcəsinin əsas prioritetidir.
Həmçinin, o qeyd edib ki, hərbi texnikaya təxminən 2,2 milyard dollar xərclənməsi planlaşdırılır: “Müdafiə Nazirliyinin növbəti prioritet vəzifəsi zədələnmiş hərbi texnikanın təmiri və ona ehtiyat hissələrinin alınmasıdır”.
Azpost.info