“Rusiya ilə Ukrayna arasında danışıqlar Ukrayna tərəfinin təşəbbüsü ilə dondurulub”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskovun sözlərinə görə, Ukrayna ziddiyyətli bəyanatlar verdiyi üçün Rusiya onun mövqeyini anlaya bilmir: “Birincisi, danışıqlar Ukrayna tərəfinin seçdiyi xəttə uyğun olaraq dondurulub. İkincisi, Ukrayna rəhbərliyi mütəmadi olaraq zidd bəyanatlar verir ki, bu da bizə Kiyevin nə istədiyini tam başa düşməyə imkan vermir”.
Azpost.info