“Ukrayna ilə mineral saziş artıq bağlanıb” –Trampdan gözlənilməz açıqlama

Prezident Tramp bəyan edib ki, ABŞ və Ukrayna arasında artıq mineral saziş artıq bağlanıb. 

AzPost bildirir ki, bu barədə Tramp Ağ Evdən yayımlanan canlı yayımda açıqlama verib.

“Biz razılaşdıq. Güman edirəm ki, Ukrayna buna əməl edəcək. Mən bu işi Skota (Bessent) həvalə etdim. O, hər şeyi çox gözəl izah etdi. Lakin biz bu sövdələşmənin bəhrəsini hələ görməmişik. Güman edirəm ki, görəcəyik”, – ABŞ prezidenti bildirib.

ABŞ prezidenti Donald Tramp Ukrayna ilə yeraltı sərvətlərə dair “çətin razılaşmaya” girmək istəmədiyini bildirib.

Bundan əvvəl maliyyə naziri Bessent demişdi ki, ABŞ Ukrayna ilə faydalı qazıntılar üzrə saziş imzalamağa hazırdır. Ukrayna tərəfi son anda sənədə bəzi dəyişikliklər edib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.