2021-ci ilin sonunda Rusiya ilə Ukrayna arasında ticarət dövriyyəsi 22,8 faiz artaraq 12,284 milyard dollar təşkil edib.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti məlumat yayıb.
Belə ki, il ərzində Rusiya Ukraynaya ixracı 28,8 faiz (8,13 milyard dollar), Ukraynadan idxalı isə 12 faiz (4,155 milyard dollar) artırıb. Eyni zamanda, Ukrayna Dövlət Gömrük Xidmətinin məlumatına görə, ölkələr arasında ticarət dövriyyəsi 38,7 faiz artaraq 7,28 milyard dollardan 10,09 milyard dollara çatıb. O cümlədən idxal 45,9 faiz artaraq 6,65 milyard dollara, ixrac isə 26,5 faiz artaraq 3,44 milyard dollara yüksəlib. Ümumilikdə, ötən il Ukraynanın xarici ticarətinin həcmi 141,377 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 103,429 milyard dollar (37 faiz) çoxdur.
Azpost.info