Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməsi haqqında fərman imzalayıb.
Azpost.info xəbər verir ki, bu barədə Zelenski özü bildirib.
“Qara siyahı”ya 19 nəfər, o cümlədən “Gürcü arzusu” partiyasının təsisçisi Bidzina İvanişvili, Gürcüstan Baş naziri İrakli Kobaxidze, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili, daxili işlər naziri Vaxtanq Qomelauri, Tbilisi meri Kaxa Kaladze, o cümlədən Gürcüstan parlamentinin bir sıra hakimləri və deputatları daxil edilib.
Bir gün əvvəl Zelenski Kiyevin Gürcüstan hakimiyyətinə qarşı məhdudlaşdırıcı tədbirlər hazırladığını açıqlamışdı.
Azpost.info