Ukrayna Krıma zərbə endirib, ardıcıl 7 partlayış olub- RLS, raket kompleksi və şəxsi heyətin məhv edildiyi deyilir

Krım yarımadasının qərbində – Tarxankut burnuna yaxın ərazidə yerləşən Olenevka qəsəbəsində ardıcıl 7 partlayış baş verib.

Azpost.info xəbər verir ki, bu barədə yerli Teleqram kanalları yazır.

Partlayışdan dərhal sonra ətrafı tüstü bürüyüb və 4 rus qırıcısı əraziyə ucub. Eyni zamanda Sevastopol istiqamətində təcili yardım maşınları görülüb.

Raket hücumu nəticəsində Rusiya hərbi obyektlərinin vurulduğu deyilir.

Ukraynanın Cənub Könüllü Ordusunun sözçüsü Sergey Bratçuk Rusiyanın “Bastion” gəmi əleyhinə raket kompleksinin məhv edilməsinə eyham vurub. Bu barədə Mariupol merinin müşaviri Petr Andryuşşenko bildirib.

Lakin sonradan Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi açıqlayıb ki, zərbə Olenevka kəndi yaxınlığında yerləşən S-400 “Triumf” zenit-raket kompleksinə dəyib. Partlayış nəticəsində qurğunun özü, onun üzərində quraşdırılmış raketlər və şəxsi heyət məhv edilib.

“Düşmən arsenalında bu cür komplekslərin məhdud sayda olduğunu nəzərə alsaq, bu, onların hava hücumundan müdafiə sisteminə ciddi zərbədir və işğal olunmuş Krımda gələcək hadisələrə ciddi təsir göstərəcək”, – Ukrayna kəşfiyyatı qeyd edib.

Həddindən artıq aşağı hündürlükdə hava hədəflərini aşkar etmək üçün nəzərdə tutulmuş 48Yab-K1 Podlet RLS-in məhv edildiyi də deyilir. Bu stansiya Rusiyanın S-300 və S-400 hava hücumundan müdafiə sistemləri üçün hədəf təyinatları verir.

Rusiyanın “Rıbar” teleqram kanalının məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Tarxankut burnunda yerləşən hərbi obyektləri bir neçə həftə ərzində fəal şəkildə müşahidə edib. Eyni zamanda, Olenevkaya hücum zamanı Ukrayna qüvvələri dronlardan da istifadə edib.

Rusiya Müdafiə Nazirliyi Krıma raket hücumu ilə bağlı hələlik şərh verməyib.

Rusiya Tarxankut burnundan radiotexniki qoşunların ayrı-ayrı hissələrinin yerləşdirilməsi üçün 13 məntəqədən biri, həmçinin zenit və sahil raket qoşunları üçün buraxılış meydançası kimi istifadə edir. Olenevka kəndi yaxınlığındakı karxananın yaxınlığında “Bastion” kompleksinin Oniks gəmi əleyhinə raketləri və Pantsir-S1 hava hücumundan müdafiə sistemi ilə təchiz edilmiş mövqelər var.

Azpost.info

Əvvəlki məqalə

Nazirlik və mədəniyyət xadimləri Şahmar Ələkbərovun məzarını ziyarət edib –

Sonrakı məqalə

Magistraturaların boş qalan plan yerlərinə müsabiqənin nəticələri elan olunub