“Rus qoşunları gücsüzdür və müqavimət göstərə bilmir”- ZELENSKİ

“Ukrayna Rusiyanın öz mövqelərində qalmasına, gözləməsinə və sonra yeni qüvvələrlə müharibəyə başlamasına imkan verəcək heç bir nizamlanma formatı ilə razılaşmayacaq”.

Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

“Ancaq irəli. Dondurulmuş münaqişəyə “yox” deyirik. Rusiya buna ümid edir. Minsk razılaşmaları təkrarlanmayacaq. Ərazimizin bir hissəsinin işğal altında qalmasına imkan verməyəcəyik”, – Zelenski bildirib.

Ukrayna liderinin sözlərinə görə, dondurulmuş münaqişə Rusiya üçün çox sərfəlidir: “Bu, onun üçün “nəfəs” olar. Bu, ona Ukraynanın müqaviməti ilə üzləşmiş və işğal zamanı məğlub olan ordunu hazırlamağa, yeniləməyə və motivasiya etməyə imkan verəcək. İndi rus qoşunları faktiki olaraq gücsüzdür və döyüş meydanında Ukrayna ordusuna müqavimət göstərməkdə bacarıqsızdır. Hazırda onların edə biləcəyi maksimum şey mülki əhalini raketlərlə vurmaqdır”.

Zelenski hesab edir ki, bununla belə, Rusiyanın müharibədə fasilə yaranacağı təqdirdə ordunu doldurmaq üçün potensial əsgərləri var: “Onların çoxlu sayda insanı var. Döyüşə bilməmələri onların vecinə deyil. Onların texnikası var, təəssüf ki, daha çoxdur. Amma onlar artıq başa düşürlər ki, bu qüvvələrlə Ukraynanı işğal edə bilməyəcəklər. Bunun üçün onlara bir az vaxt lazımdır”.

O əlavə edib ki, bəzi ölkələrə münaqişəni dayandırmaq üçün hansısa atəşkəs həlli tapmaq da sərfəlidir. Lakin Ukrayna buna imkan verməyəcək və öz torpaqlarını azad edərək irəliləməyə davam edəcək: “Biz sülh istəyirik. Təəssüf ki, Rusiya ilə sülhə gücdən başqa heç nə ilə nail olmaq mümkün deyil. Bu yanaşmadan başqa heç nə başa düşmürlər. Onlar müharibə yolunu seçiblər və biz döyüş meydanında israrlı olacağıq”.

Qarşıdan gələn əks-hücum əməliyyatını şərh edən Zelenski qeyd edib ki, Ukrayna ordusu düşmənin qaçması üçün hər şeyi edəcək: “Hara qədər gedəcəyimizi dəqiq deyə bilmərəm. Planlaşdırılan çoxlu addımlarımız var və düşünürəm ki, nəticəyə nail olacağıq. Amma mən deyə bilmərəm ki, bu əks-hücumdan sonra biz bütün əraziləri azad edəcəyik, çünki bu, müharibədir”.

Azpost.info

Əvvəlki məqalə

“Beşiktaş” klubu Bakıya gəlib

Sonrakı məqalə

Ermənistan mövqelərimizi artilleriya atəşinə tutub –