“Ukrayna ordusu əks-hücum əməliyyatının finiş xəttinə daxil olur”- REZNİKOV

“Ukrayna ordusu əks-hücum əməliyyatının finiş xəttinə daxil olur”.

Azpost.info xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov bildirib.

Eyni zamanda o, “necə, harada və nə vaxt” qərarının Baş Qərargah rəsisi Valeri Zalujnı və komandasının səlahiyyətində olduğunu vurğulayıb.

“Bu gün biz “hər şey hazırdır” deyə biləcəyimiz o finiş xəttinə daxil oluruq”, – Reznikov qeyd edib.

O əlavə edib ki, Ukrayna cəbhədə uğur qazanmaq üçün əlindən gələni edir.

Nazir Ukrayna Silahlı Qüvvələrinin uğurlarına inandığını vurğulayıb, lakin qeyd edib ki, hər şey döyüş meydanındakı generallardan və bütövlükdə komandanlıqdan asılı olacaq.

Azpost.info

Əvvəlki məqalə

Cəbrayılda çoban atla birlikdə minaya düşdü

Sonrakı məqalə

Azərbaycan və Ermənistan XİN başçılarının danışıqları bir neçə gün davam edəcək