Ukrayna ordusu əks-hücum əməliyyatının yeni mərhələsinə keçib- PENTAQON

Ukrayna ordusu ölkənin cənub-şərqində əsas zərbənin endirilməsi üçün qüvvələri cəmləşdirərək əks-hücum əməliyyatının yeni mərhələsinə keçib.

Azpost.info xəbər verir ki, bu barədə “New York Times” Pentaqon rəsmilərinə istinadən yazıb.

Ukrayna Silahlı Qüvvələrinin komandanlığı ABŞ-ı məlumatlandırıb ki, gücləndirilmiş dəstələr minalanmış sahələr və digər istehkamlar vasitəsilə cənuba, işğal altındakı Tokmaya, oradan isə Melitopola doğru hərəkət etməyə çalışacaqlar.

Hər iki şəhər nəqliyyat qovşağıdır və belə bir xəttin çəkilməsi işğal edilmiş ərazini effektiv şəkildə bölür, Rusiya qüvvələrinin təchizat və koordinasiyasını çətinləşdirir.

Ukrayna ordusunun əsas məqsədi ölkənin ələ keçirilən rayonları ilə Krım arasında quru dəhlizi adlanan ərazini kəsmək və ya strateji əhəmiyyətli yarımadanı artilleriya məsafəsinə salmaq üçün kifayət qədər irəliləməkdir.

Mənbələr qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətində Orexovdan cənubda təzyiqi artırıb və hələ də ehtiyatda olan yeni xüsusi təlim keçmiş bölmələr qismən döyüşə daxil edilib. Uğurlu olarsa, yeni əməliyyat bir-üç həftə çəkə bilər.

İndiyədək Ukrayna hərbçiləri Rusiya müdafiəsində zəifliklər tapmaq və düşmən ehtiyatlarını əsas zərbədən uzaqlaşdırmaq üçün cəbhənin üç sektoruna hücum edib.

Azpost.info

Əvvəlki məqalə

Məşhur reperin üzüyü rekord məbləğə satılıb

Sonrakı məqalə

Qarabağın erməni sakinlərinin “Laçın” buraxılış məntəqəsindən sərbəst keçidinə şərait yaradılıb