Ukrayna, Polşa və Almaniya saziş imzaladılar- FOTO

Ukrayna, Polşa və Almaniya “Ramşteyn” görüşü çərçivəsində “Leopard” tanklarına texniki dəstək və xidmət mərkəzinin yaradılması haqqında saziş imzalayıblar.

Azpost.info xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Aleksey Reznikov bildirib.

Reznikov qeyd edib ki, mərkəzin yaradılması barədə qərar “tank koalisiyası”nın iclasında qəbul edilib.

“Mən alman və polşalı həmkarlarım Boris Pistorius və Mariuş Blaşaka Ukraynaya göstərdikləri sarsılmaz dəstəyə görə minnətdaram. Bu gün biz Polşada Ukraynanın “Leopard 2” əsas döyüş tanklarına texniki dəstək və texniki xidmət mərkəzinin yaradılması ilə bağlı Anlaşma Memorandumu imzaladıq. Bu, əməkdaşlığımızı və ukraynalı döyüşçülərin imkanlarını gücləndirməyə kömək edəcək”, – Reznikov deyib.

Azpost.info

Əvvəlki məqalə

Ronaldo Ramazan Bayramı ilə bağlı təbrik yazdı

Sonrakı məqalə

Güney Azərbaycan Milli Dövlətçilik Şurası Təşəbbüs Qrupu yaradılıb