Ukrayna Prezident Administrasiyasının rəhbəri dəyişib

Ukrayna Prezident Administrasiyasının rəhbəri dəyişib.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Prezident Administrasiyasının saytında məlumat verilib.

Prezident Vladimir Zelenski Andrey Boqdanın vəzifədən azad olunması ilə bağlı sərəncam imzalayıb. Digər müvafiq sərəncamla Ukrayna Prezident Administrasiyasının rəhbəri vəzifəsinə Prezidentin müşaviri Andrey Yermak təyin olunub.

Qeyd edək ki, A. Boqdan vəzifədən azad olunması ilə bağlı fevralın 10-da Prezidentə müraciət edib. Onun istefasının səbəbi açıqlanmır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

SSRİ pasportu ilə yaşayan şəxslərin müəyyən edilməsi istiqamətində işlər aparılır

Sonrakı məqalə

“ABŞ İranın regiondakı əhəmiyyətini anlayır”