“Ukrayna qoşunlarını Donbasdan çıxarmalıdır” –Kremlin sözçüsü

“Xüsusi hərbi əməliyyat”ın qaynar mərhələsinə son qoymaq üçün Ukrayna qoşunlarını Donbasdan çıxarmalıdır.

Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya bunun üçün Ukraynaya heç bir son tarix qoymayıb. Peskov vurğulayıb ki, Rusiya bütün göstərilən məqsədlərə çatana qədər “xüsusi hərbi əməliyyatı” davam etdirəcək. Kremlin sözçüsü Kiyevin qoşunlarını Donbasdan bu gün, ya da daha yaxşısı dünən çıxarmalı olduğunu əlavə edib: “Ukraynanın qoşunlarını Donbasdan çıxarması münaqişənin siyasi və diplomatik yolla həllinə keçidi asanlaşdırardı”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.