Ukrayna rəsmi olaraq NATO kibermərkəzinə qoşuldu

Ukrayna rəsmi olaraq Estoniyada yerləşən NATO kibermərkəzinə qoşulub.

Azpost.info xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bu gün NATO-nun Tallində yerləşən kibermərkəzinin qərargahında Ukraynanın rəsmi olaraq bu quruma daxil olduğu elan edilib. Ukraynanın dövlət bayrağı qaldırılıb”, – nazirlik bildirib.

NATO kibermərkəzi qərargahı Tallinndə yerləşən və Alyans ölkələrinin kibertəhlükəsizliyi problemləri ilə məşğul olan bölmədir. 2008-ci ildə yaradılan mərkəzin himayəsi altında hər il beynəlxalq təlimlər keçirilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.