Ukrayna raketlərlə və PUA-larıa Krım körpüsünə hucum edib

Ukrayna raketlərlə və PUA-larıa Krım körpüsünə hucum edib.

Azpost.info bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, bazar ertəsi gecə Krım ərazisində hava hücumundan müdafiə qüvvələri dörd “Storm Shadow” raketini  və yeddi PUA-nı vurub.

Bundan əlavə, Belqorod vilayətinin ərazisi üzərində on iki “Olxa MLRS” raketi və on iki PUA məhv edilib. Kursk vilayətinin ərazisi üzərində səkkiz PUA vurulub, Lipetsk vilayətinin ərazisi üzərində isə daha dörd PUA-nın qarşısı alınıb.

Bazar ertəsi səhər tezdən Krım körpüsündə nəqliyyatın hərəkəti kəsilib. Hazırda körpünün keçidinin qarşısında 200-dən çox avtomobil növbə çəkir. Körpü keçidi indi yenidən bağlanıb.

Əvvəlki məqalə

Səhra qumu tikinti üçün niyə yararsızdır?

Sonrakı məqalə

ABŞ dövlət katibi İsrailin müdafiə naziri ilə telefonla danışıb