Ukrayna Rusiya qazının Avropaya nəqlini dayandırır

“Ukrayna yanvarın 1-dən Rusiya qazının Avropaya tranzitini dayandıracaq”.

Bunu ölkənin Baş naziri Denis Şmıqal deyib.

Onun sözlərinə görə, ölkəsi yalnız Avropa Komissiyasının sorğusu əsasında Avropaya məxsus olacaq mavi yanacağın “qoca qitə”yə göndərilməsini həyata keçirə bilər.

Hökumət başçısının sözlərinə görə, həmin variant Avropa qazı Rusiya ilə sərhəd olan bölgələrdən nəql edərsə, mümkündür: “Bu halda isə həmin qaz Rusiyaya deyil, Avropaya məxsus olacaq”.

Xatırladaq ki, bir qədər əvvəl Slovakiyanın Baş naziri Robert Fitso belə bir qərarın iki dövlət arasında ciddi münaqişəyə yol açacağını bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.