Ukrayna Rusiyada partlayıcı maddələrin istehsalı üçün konsentratlar istehsal edən kimya zavoduna dron zərbələri endirib. Hücum nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb.
Bu barədə Smolensk vilayətinin qubernatoru Vasili Anoxin bildirib.
Anoxin zavoda hücumdan sonra vilayətdə təxliyə elan oluna biləcəyini qeyd edib.
Qubernator vəziyyətin nəticələrini qiymətləndirmək üçün aidiyyəti qurumların mütəxəssislərinin cəlb ediləcəyini vurğulayıb.