Ukrayna Rusiyadan keçən “Türk axını”na PUA-larla hücum edib

ukrayna PUA
Ukrayna PUA

Ukraynanın “Türk axını”na PUA hücumu cəhdi

Volodimir Zelenskinin ABŞ-yə səfəri fonunda Ukrayna Kubandakı “Türk axını” qaz kəmərinin kompressor stansiyasına üç PUA ilə hücum etməyə cəhd edib.

APA– xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Rusiya Müdafiə Nazirliyinin açıqlaması

Bildirilib ki, bütün dronlar vurulub, kompressor stansiyası normal fəaliyyətini davam etdirir.

Rusiya MN-nin məlumatında qeyd olunub ki, Kiyevin PUA hücumunun məqsədi Avropa ölkələrinə qaz tədarükünü dayandırmaq olub.

 

Ukraynanın üçüncü cəhdi

Həmçinin Ukraynanın bundan əvvəl iki dəfə Rusiya infrastrukturuna hücum etməyə cəhd etməsi vurğuıamıb: yanvarın 11-də “Russkaya” stansiyasına və fevralın 17-də Kropotkinskdəki Xəzər Boru kəməri Konsorsiumunun obyektinə PUA hücumu edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.