Ukrayna Rusiyanın 3 regionuna PUA-larla hucum edib

Rusiya hava hücumundan müdafiə qüvvələri çərşənbə günü gecə Rusiyanın üç regionu üzərində 10 Ukrayna PUA-sını  vurub.

Azpost.info bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Hava hücumundan müdafiə sistemləri tərəfindən Belqorod vilayəti ərazisi üzərində beş PUA, Bryansk vilayəti ərazisində dörd PUA, Moskva vilayəti ərazisi üzərində bir PUA məhv edilib”, – məlumatda deyilir.

Nazirlik bildirib ki, Qara dənizdə Novorossiysk istiqamətində hərəkət edən iki pilotsuz qayıq  məhv edib.

Əvvəlki məqalə

“Bayden xəstə deyil…” –

Sonrakı məqalə

Putin Qazaxıstana gəlib