Ukrayna taxılının Polşa ilə sərhəddən ixracı 3 dəfə azalıb- Avrokomissar

“2023-cü ildə Polşa ilə sərhəddən Ukrayna taxılının quru yolu ilə ixracı 2022-ci illə müqayisədə üç dəfə azalıb”.

Azpost.info xəbər verir ki, bunu Avropanın nəqliyyat üzrə komissarı Adina Valean bildirib.

“Polşa dəhlizi boyunca tranziti genişləndirmək imkanları var, lakin bunlardan istifadə olunmayıb. Rəqəmlərə baxsanız, ötən il yüklərin bu illə müqayisədə hərəkəti indi şərh etmək istəmədiyimiz səbəblərdən üç dəfə azdır”, – Avropa komissarı bildirib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edirlər

Sonrakı məqalə

“Qarabağ artıq qaynar nöqtə deyil, münaqişə başa çatıb”