Ukrayna təhlükəsizlik polkovnikinin qətlini bu qrup üzərinə götürdü

Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) polkovniki İvan Voroniçin qətlinə görə məsuliyyəti “Baza” neonasist qrupu öz üzərinə götürüb.

AzPost bildirir ki, bu barədə The Guardian məlumat yayıb.

“Rusiya ilə əlaqədə şübhəli bilinən “Baza” neonasist qruplaşmasının Ukrayna qanadı Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki İvan Voroniçin qətlində əli olduğunu açıqlayıb” – deyə The Guardian yazır.

“SBU polkovnikinin qətli son deyil, yalnız başlanğıcdır. Biz ədalət zəfər çalana qədər mübarizəmizi davam etdirəcəyik”, – deyə “Baza”nın Ukrayna kamerası ilə bağlı olduğu ehtimal edilən Telegram kanalında dərc edilmiş bəyanatda deyilir.

2018-ci ildə ABŞ-da qurulan və bütün dünyada şəbəkəyə malik olan “Baza” aylardır ki, öz tərəfdarlarına və ya Ukraynada sui-qəsd və kritik infrastruktura hücumlarda iştirak etmək istəyənlərə pul təklif edir.

“Baza” mart ayından Ukraynada yüksək fəallıq nümayiş etdirir və ölkə daxilində infrastruktur və binalara ən azı 10 yanğın törədib. Qrup üzvləri dəfələrlə müxtəlif terror aktları, o cümlədən təxribat və Ukrayna rəsmilərinin qətli ilə hədələyiblər.

“Baza”nı amerikalı Rinaldo Nazzaro tərəfindən təsis edilib. O, hazırda rus arvadı ilə Sankt-Peterburqda yaşayır. Nazzaro qrupun SBU polkovnikinin qətlində iştirakını inkar edir.

Voroniç iyulun 10-da Kiyevdə yaşayış binasının girişindən çıxandan az sonra güllələnib. Ukrayna Təhlükəsizlik Xidməti qətlin Rusiya xüsusi xidmət orqanlarının agentləri olan kişi və qadın tərəfindən törədildiyini açıqlayıb.

İdarədən verilən məlumata görə, onlar həbsə müqavimət göstərib və öldürülüb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.