“Ukrayna üçün qarant olmağa borcluyuq” –Polşa prezidenti

Polşa Ukraynanın təhlükəsizliyinin qarantı olmağa hazır olduğunu rəsmən təsdiqləyib.

Azpost.info xəbər verir ki, Polşa prezidenti Anjey Duda bu barədə CNN-ə müsahibəsində bildirib.

O qeyd edib ki, bunun üçün rəsmi Kiyev belə bir təkliflə çıxış etməli və sülh müqaviləsinin müvafiq şərtləri müəyyən edilməlidir: “Vladimir Zelenski məndən Polşanın Ukraynanın təhlükəsizliyinin qarantı olmağa razılaşıb-razılaşmadığımı soruşub. Biz qonşular olaraq buna sadəcə borcluyuq. Ona görə də Ukrayna bizə təhlükəsizliyin təminatçısı və sülhün qarantı olmağı təklif edirsə və əgər bu, sülh müqaviləsinin şərtlərindən biri kimi qəbul edilirsə, bəli, Polşa bunda iştirak edəcək”.

Duda əlavə edib ki, Polşa üçün bu məsələ kifayət qədər prinsipial və arzuolunandır. O, həmçinin bildirib ki, Polşa ordusunun gücləndirilməsinə böyük sərmayə qoyur: “Tezliklə hərbi cəhətdən o qədər güclü olacağıq ki, ruslar bizə hücum etməkdən qorxacaqlar”.

Xatırladaq ki, Ukrayna öz təhlükəsizliyinin qarantı olacaq ölkələr sırasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərini (Böyük Britaniya, Çin, ABŞ, Fransa), həmçinin Almaniya, Türkiyə, Kanada, İtaliya, İsrail, Hindistan və Polşanı görmək istəyir.

Azpost.info

Əvvəlki məqalə

“Qohumlarım qanunu pozubsa cavab verməlidirlər” –

Sonrakı məqalə

Bərdədə sərxoş oğul atasını güllələyib