“Ukraynaya silah daşıyan NATO nəqliyyat vasitələri məhv ediləcək” –Şoyqudan XƏBƏRDARLIQ

“Ukrayna qoşunları üçün silah-sursat gətirən NATO nəqliyyat vasitələri məhv ediləcək”.

Bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib.

“ABŞ və onun NATO müttəfiqləri Ukraynaya silahla təchiz etməkdə davam edirlər. Qeyd edirəm ki, Şimali Atlantika Alyansının Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün ölkə ərazisinə silah və ya materialla gələn istənilən nəqliyyat vasitəsi bizim tərəfimizdən məhv etmək üçün qanuni hədəf hesab olunur”, – Şoyqu vurğulayıb.

Onun sözlərinə görə, xüsusi əməliyyat zamanı Rusiya hərbçiləri cəsarət və şücaət göstərir, öz hərbi borcunu şərəflə yerinə yetirirlər, Donbass əhalisinin təhlükəsizliyini təmin edirlər.

“Rusiya Silahlı Qüvvələri Ali Baş Komandanın qarşıya qoyduğu bütün tapşırıqları yerinə yetirməyə davam edəcək”, – müdafiə naziri əlavə edib.

Əvvəlki məqalə

Şeyxülislam sabah Qazaxıstana səfərə gedir

Sonrakı məqalə

Şarl Mişel Moldovaya gəldi –