Ukrayna üzrə sülh konfransında ABŞ-ı kimin təmsil edəcəyi məlum oldu

Ukrayna üzrə sülh konfransında ABŞ-ı vitse-prezident Kamala Harris və prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan təmsil edəcək.

Azpost.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Prezident Co Bayden bildirib ki, konfransda ABŞ-ı vitse-prezident Kamala Harris və milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan təmsil edəcək. Onlar Ukraynanın BMT Nizamnaməsinə uyğun olaraq ədalətli və davamlı sülh arzularını dəstəkləyəcəklər. Bayden suverenlik və ərazi bütövlüyü prinsipləri də daxil olmaqla, ABŞ-ın Ukraynaya dəstəyinin sarsılmaz olduğunu vurğulayıb”, – məlumatda deyilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.