Ukrayna və ABŞ birgə müdafiə ekosistemi yaradacaq

Ukrayna və ABŞ birgə müdafiə ekosistemi yaradacaq və bu sistem çərçivəsində ölkələr lazımi silahları istehsal edə biləcək.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Telegram kanalında yayımladığı videomüraciətdə bildirib.

“Biz çalışacağıq ki, Ukrayna ABŞ-la birlikdə lazımi silahlar istehsal etsin. Biz ABŞ-la yeni müdafiə ekosistemi yaratmağa, silah istehsal etməyə, azadlığı gücləndirmək və həyatı qorumaq üçün birlikdə işləməyə hazırlaşırıq”, – deyə Ukrayna lideri bildirib.

Zelenski onu da əlavə edib ki, bu sistem yeni sənaye bazası və iş yerləri yaradacaq.

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

İrəvanda etirazçılar mərkəzi prospekti bağlayıblar