“Ukrayna və Türkiyədəki hər kəsdən üzr istəyirəm”- REZNİKOV

Ukrayna müdafiə naziri Aleksey Reznikov İspaniyanın “La Razon” nəşrinə verdiyi müsahibədə işlətdiyi ifadəyə görə üzr istəyib.

Azpost.info xəbər verir ki, Reznikov Ukrayna ordusunun itkilərini Türkiyədə zəlzələ qurbanlarının sayı ilə müqayisə etdiyinə görə üzrxahlıq edib.

Həmin müsahibədə nazir bildirmişdi ki, Rusiya ilə münaqişə zamanı ölən Ukrayna əsgərlərinin sayı Türkiyədəki zəlzələ nəticəsində ölənlərin sayından azdır.

“Ukrayna və Türkiyədə hər kəsdən səmimi qəlbdən üzr istəyirəm. Ukraynalılar türk xalqına rəğbət bəsləyirlər. Minlərlə günahsız insanı – dostları, qonşuları dəfn etməyin nə olduğunu başa düşürük. Türk dostlarımıza Rusiya işğalının əvvəlindən Krıma göstərdikləri sarsılmaz dəstəyə və qəti mövqeyə görə minnətdaram”, – Reznikov bildirib.

Rəsmi olaraq Ukrayna hakimiyyəti ölən hərbçilərin dəqiq sayını açıqlamır. Ukrayna prezidentinin müşaviri Mixail Podolyak bildirib ki, 2022-ci ilin fevralından noyabr ayına qədər Ukrayna 13 minə yaxın əsgərini itirib. 2022-ci ilin noyabrında Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Ukrayna Silahlı Qüvvələrinin itkilərinin 100 min nəfər təşkil etdiyini açıqlasa da, sonradan bu rəqəmin ölən və yaralananların ümumi sayı olduğunu demişdi.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda ana ölümlərinin sayı açıqlanıb

Sonrakı məqalə

100 İLLİYİN SEÇKİSİ –