“Ukrayna yekun əks-hücum planını hələ təsdiq etməyib”- Danilov

Ukrayna yekun əks-hücum planını hələ təsdiq etməyib.

Azpost.info xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.

“Bu gün bizim bütün planlarımızı dəqiq bilən insanlar yoxdur. Çünki yekun planlar hələ təsdiqlənməyib”, – Danilov deyib.

Onun sözlərinə görə, Kiyevin bir neçə əks-hücum variantı var və prezident Vladimir Zelenskinin ofisində şərtlər və istiqamətlər hələ müzakirə olunur.

Eyni zamanda, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Bild”ə müsahibəsində bildirib ki, planlaşdırılan əks-hücum sonuncu olmaya, uğursuzluqla nəticələnə bilər: “Bu əks-hücumun sonuncu olacağını düşünməyin, çünki nə olacağını bilmirik. Əgər bu əks-hücum bizim ərazilərimizi azad etmək baxımından uğurlu olarsa, bəli, bu sonuncu olacaq. Əks halda, silahlı qüvvələr növbəti hücum əməliyyatına hazırlaşmalı olacaqlar”.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda daha 11 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

Pakistan Rusiya nefti üçün yuanla ödəniş etmək istəyir