Ukraynada daha bir rus generalı öldürülüb

Rusiya Ukraynadakı müharibədə daha bir yüksək rütbəli zabitini itirib.

Azpost.info xəbər verir ki, Berdyanskda 58-ci Ordunun ehtiyat komanda məntəqəsinə hücum nəticəsində Cənub Hərbi Dairəsinin komandirinin müavini, general-leytenant Oleq Tsokov həlak olub.

Bu barədə Mariupol rəhbərinin müşaviri Petr Andryuşşenko məlumat verib.

Tsokovun ölümü ilə bağlı məlumatı rusiyayönlü “Voennıy osvedomitel” Teleqram kanalı da təsdiqləyib.

“Hərbçilər Tsokovdan bacarıqlı zabit və yaxşı komandir kimi danışırdılar”, – kanal yazıb.

Tsokov 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya hücumunda, həmçinin Ukrayna şəhərlərinə raket hücumlarında iştirak edib. 2022-ci ilin oktyabrında Kiyev ona qarşı sanksiyalar tətbiq edib. Ukraynadakı müharibədən əvvəl Tsokov iki çeçen müharibəsində iştirak edib və Suriyada döyüşüb. O, “Şücaətə görə” və “Hərbi xidmətə görə” ordenləri ilə təltif edilib.

Azpost.info

Əvvəlki məqalə

Ərdoğan Britaniyanın Baş naziri ilə görüşüb

Sonrakı məqalə

Salyanda susuz olan ilan evə girdi, ev sahibi ona su verdi, sığalladı –