Ukraynada döyüşən “Azad Rusiya” Legionu Rusiya ərazisinə hucum edib –Belqorodda kəndi tutublar, döyüş gedir

Ukrayna tərəfindən döyüşən “Azad Rusiya Legionu” adlı hərbi dəstə Rusiyanın Belqorod vilayətinin Kozinka kəndinə daxil olduğunu bəyan edib. 

Azpost.info bildirir ki, telegram -kanalında yaydıqları xəbərdə deyilir ki, hərbi dəstələr Qrayvoron rayon mərkəzini tutublar.

Vilayıtin qubernatoru Vyaçeslav Qladkov rayon mərkəzinə Ukraynanın diversiya-kəşfiyyat qrupunun daxil olduğunu təsdiq edib. O deyib ki, iki dinc sakin yaralanıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş kəşfiyyat idarəsinin nümayəndəsi bəyan edib ki, Belqorod ərazisində “Azad Rusiya” legionu və “Rusiya Könüllü Korpusunun döyüşçüləri fəaliyyət göstərir.

“Rıbar” telegram -kanalının məlumatına görə, Qrayvoron rayon mərkəzinə iki tank, bir BTR 9 zirehli maşın daxil olub. Onlar rayon mərkəzini “azad etdiklərini” bildiriblər.

Putinin mətbuat katibi Peskov bildirib ki, bu barədə prezidentə məruzə edilib.

“Hazırda onların Rusiya ərazisindən çıxarılması və məhv edilməsi üçün əməliyyat aparılır”-deyə Peskov bildirib.

Telegram kanallarda ərazidə döyüş getdiyi bildirilir.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.