“Ukraynada hərbi əməliyyat tezliklə başa çatacaq” –Lukaşenko təklif olunan sazişdən danışdı

Belarus lideri Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinin Ukrayna dövlət başçısı Vladimir Zelenskiyə tam məqbul sayıla biləcək sülh variantı təklif etdiyini bildirib.

Azpost.info  BelTA-ya istinadən xəbər verir ki, Lukaşenko bu barədə Yaponiyanın TBS kanalına müsahibəsində deyib.

Lukaşenko Ukraynada hərbi əməliyyatın tezliklə başa çatacağına inandığını deyib. Onun sözlərinə görə, Kiyev Moskva ilə saziş imzalamasa sonradan təslimçilik aktına imza atmalı olacaq: “Mən əminəm ki, yaxın zamanda bu münaqişə sülhlə başa çatacaq”.

“Sizə deyim ki, Putin Zelenskiyə sazişin tamamilə məqbul variant təklif edir. Bu gün Rusiya və Ukraynanın razılığa gəlməsi mümkündür. Əgər Zelenski buna getməsə, inanın, bir müddət sonra o təslim aktını imzalamalı olacaq”-deyə Lukaşenko bildirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Nestle” şirkəti Rusiya bazarını tərk etməkdən imtina edib

Sonrakı məqalə

Milli Məclisdə boş deputat yerlərinin sayı 7-ə çatıb