Ukraynada koronavirusa ilk yoluxma halı qeydə alınıb

03 Mart 2020 - 14:11

Ukraynada koronavirusa ilk yoluxma halı qeydə alınıb.

APA-nın “112.UA” saytına istinadən verdiyi xəbərə görə bu barədə Ukrayna Səhiyyə nazirinin müavini Viktor Lyaşko Nazirlər Kabinetinin təcili iclasında deyib.

O bildirib ki, Ukraynanın Çernovits vilayətindəndə yaşayan koronavirusa yoluxan şəxs bu yaxınlarda İtaliyadan qayıdıb.

Nazir müavini qeyd edib ki, həmin şəxs və birlikdə səyahət etdiyi həyat yoldaşı karantinə alınıblar.