Almaniyanın Xarici işlər naziri Annalena Berbok Ukraynada silahlı münaqişənin qaçılmaz olduğunu bildirib.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, Berbok ARD telekanalının efirində Ukrayna ilə bağlı gərginliyə görə Avropanın son dərəcə təhlükəli vəziyyətə düşdüyünü deyib: “Avropanın mərkəzində hərbi münaqişələr hamımız üçün ən pis variantdır”.
XİN rəhbəri Qərbin danışıqlar prosesini davam etdirməyə hər an hazır olduğunu da dilə gətirib: “Rusiyanı danışıqlar masası arxasında saxlamağa cəhdlər edilir. Lakin münaqişənin qarşısını almaq mümkün olmasa, Moskvanı sərt iqtisadi sanksiyalar gözləyəcək. Ukraynaya
hücum Rusiya üçün son dərəcə ciddi nəticələrə səbəb olacaq”.
Azpost.info
