“Ukraynada sülhə beynəlxalq hüququn pozulması ilə nail olmaq olmaz”- BERLUSKONİ

“Ukraynada sülhə beynəlxalq hüququn pozulması ilə nail olmaq olmaz”.

Azpost.info xəbər verir ki, bunu İtaliyanın keçmiş Baş naziri və hakim koalisiyaya daxil olan “İrəli İtaliya” partiyasının lideri Silvio Berluskoni deyib.

“Mövcud ssenari məni çox narahat edir. Çox vaxt nüvə silahının istifadəsi də daxil olmaqla, təhdidlər eşidilir. Sülh vacibdir və dərhal olmalıdır. Amma sülhə nə beynəlxalq hüququ pozmaqla, nə də Qərb ölkələrini parçalamaqla nail olmaq olar”, – Berluskoni bildirib.

O, həmçinin sülh yolu ilə nizamlanma üzərində işlədiyini də deyib.

Azpost.info

Əvvəlki məqalə

Mehriban Əliyeva Ömər Eldarovu 95 illik yubileyi münasibətilə təbrik edib

Sonrakı məqalə

Qulu Məhərrəmli BDU-da kafedra müdiri təyin edilib