Ukraynadakı vəziyyətə görə dünya turizmi 14 milyard itirəcək – BMT

Ukraynadakı vəziyyətə görə qlobal turizm 14 milyard dollar itirə bilər.

Azpost.info xəbər verir ki, turizm sənayesinin mümkün zərərini BMT-nin Ümumdünya Turizm Təşkilatı (UNWTO) qiymətləndirib. BMT-nin məlumatına görə, Ukrayna hava məkanının bağlanması, eləcə də Rusiyanın Avropa aviaşirkətlərinə qarşı sanksiyaları turizm sənayesinə mənfi təsir göstərir.

Məsələn, bu durum Avropa ilə Şərqi Asiya arasında marşrutları dəyişməyə məcbur edir ki, bu da uçuşların qiymətinin artmasına səbəb olur.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.