“Ukraynanın dirənişi qəhrəmanlıqdır” –İtaliyanın Baş naziri

İtaliyanın baş naziri Mario Draqi Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünü dəstəklədiyini bildirib.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Baş nazir qeyd edib ki, İtaliya Ukraynanı Aİ-də görmək istəyir, lakin islahatlara ehtiyac olduğundan proses uzun çəkəcək: “Prezident Zelenskiyə demək istəyirəm ki, İtaliya bu prosesdə Ukraynanın tərəfindədir. İtaliya Ukraynanın Avropa İttifaqında olmasını istəyir”.

Draqinin sözlərinə görə, Ukraynanın Rusiyanın hücumuna qarşı dirənişi qəhrəmanlıqdır: “Rusiya hökumətinin təkəbbürü Moskvanın ekspansionist məqsədlərini cilovlamağı bacaran Ukrayna xalqının ləyaqəti ilə toqquşdu”. Baş nazir ukraynalı qaçqınlara dəstək, Kiyevə hərbi yardım vəd edib.

Azpost.info

Əvvəlki məqalə

Niderland Rusiyanın 400 milyon avroluq aktivlərini dondurub

Sonrakı məqalə

Koronavirusa yoluxanların sayı açıqlandı