“Ukraynanın nadir metallarını istədiyimiz vaxt götürə bilərik” –Trampdan sensasiyalı iddia

ABŞ Prezidenti Donald Tramp Ukraynanın nadir torpaq elementləri ilə zəngin ehtiyatlara malik olduğunu və Vaşinqtonun bu resurslarla bağlı əlverişli razılaşma əldə etdiyini bildirib.

Trampın sözlərinə görə, Ukraynanın torpaqları nadir torpaq elementləri baxımından olduqca məhsuldardır.

“Biz nadir torpaq elementləri ilə bağlı müqavilə imzalamışıq. İstədiyimiz vaxt oradan demək olar ki, istədiyimiz hər şeyi götürə bilərik. Bu, bizim üçün çox sərfəli sövdələşmədir”, – deyə ABŞ prezidenti vurğulayıb.

Tramp həmçinin bildirib ki, əldə olunan razılaşma ABŞ üçün strateji əhəmiyyət daşıyır və ölkənin kritik mineral ehtiyatlarına çıxış imkanlarını genişləndirir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.