“Ukraynanın NATO-ya daxil olması formulunu razılaşdırdıq”- Bayden Vilnüsdə bəyanat verdi

“NATO liderləri Ukraynanın gələcək üzvlüyünün mümkünlüyünü təsvir edən formulla bağlı razılığa gəlib”.

Azpost.info xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Vilnüsdə keçirilən NATO sammitində bildirib.

Bayden NATO Baş katibi Yens Stoltenberqə müraciətlə “Biz Ukraynanın NATO-ya daxil olmasının gələcək imkanları ilə bağlı təklif etdiyiniz formulla razılaşdıq” deyib.

NATO-nun Ukraynanı Alyansa qoşulmağa dəvət edib-etməyəcəyi ilə bağlı suala Stoltenberq belə cavab verib: “Bir neçə saatdan sonra mətni görəcəksiniz, kommünikeni yekunlaşdırırıq”.

Bundan əvvəl o, Kiyevin müdafiə blokuna qoşulması prosedurunu sürətləndirmək üçün Ukraynanın Alyansa “Üzvlük üzrə Fəaliyyət Planı” təqdim etməsi tələbinin götürülməsini təklif edib. Bu, Stoltenberqin üç təklifindən biridir. O, həmçinin Ukraynaya uzunmüddətli dəstək və Ukrayna-NATO Şurasının yaradılması yolu ilə siyasi əlaqələrin gücləndirilməsi üçün tədbirlər paketindən danışıb.

Azpost.info

Əvvəlki məqalə

“İstər şairə, istərsə də müğənni kimi çox istedadlıdır” –

Sonrakı məqalə

Qırmızı Xaçın Qarabağa qaçaqmal daşıyan sürücüləri işdən qovulub –