“Ukraynanın qələbəsi üçün mühüm bir səfərdir”- Zelenski İtaliyadadır

Ukrayna prezidenti Vladimir Zelenski Romaya ölkəsi üçün mühüm səfərə gəldiyini bildirib.

Azpost.info xəbər verir ki, Zelenski bu barədə “Teleqram” kanalında yazıb.

O, İtaliya prezidenti Sercio Mattarella, Baş nazir Giorgia Meloni və Roma Papası Fransisklə görüşəcəyini deyib.

“Ukraynanın qələbəsi üçün mühüm bir səfərdir”, – Zelenski qeyd edib.

Ukrayna liderinin olduğu təyyarə səhər saatlarında Romadakı Çiampino hava limanına enib. Onu İtaliyanın xarici işlər naziri Antonio Tajani qarşılayıb.

Zelenski və Baş nazir Meloni günorta saatlarında görüşəcək. Danışıqlardan sonra onlar birgə mətbuat konfransında çıxış edəcəklər.

Azpost.info

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Paşinyan Brüsselə işgüzar səfərə gedib