“Rusiya öz təhdidləri ilə NATO-nu qorxuda bilməyəcək”.
Azpost.info xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte bildirib.
Onun sözlərinə görə, Alyans Ukraynanı dəstəkləməyə davam edəcək və Rusiya prezidenti Vladimir Putinin öz məqsədlərinə çatmasının qarşısını almaq üçün hər şeyi edəcək.
“Biz Putinin məqsədlərinə çatmaması və Ukraynanın qalib gəlməsi üçün lazım olan hər şeyi etməyə davam edəcəyik”, – Rutte deyib.
Azpost.info