“Ukraynanın Rusiya mülki gəmisinə hücumu cavabsız qalmayacaq”- ZAXAROVA

“Moskva Ukraynanın Rusiya mülki gəmisinə hücumunu pisləyir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

O qeyd edib ki, Kiyevin tərətdiyi terror aktları cavabsız qalmayacaq və onların müəllifləri mütləq cəzalandırılacaqlar:  “Bu cür vəhşi hərəkətlərə heç bir bəraət qazandırmaq olmaz, onlar cavabsız qalmayacaq, müəllifləri və ifaçıları mütləq cəzalandırılacaq”.

Qeyd edək ki, Ukraynanın dəniz dronları ilə Qara dənizdə Rusiya mülki tankerinə hücum etdiyi bildirilir. İnsident nəticəsində bir neçə ekipaj üzvü xəsarət alıb.

Rusiya Müdafiə Nazirliyi bu məlumatı şərh etməyib.

Azpost.info

Əvvəlki məqalə

Gürcüstanda təbii fəlakət qurbanlarının sayı 15 nəfərə yüksəlib

Sonrakı məqalə

Hakan Fidan Blinkenlə danışıb