Ukraynaya müharibədə ən çox hansı dövlətlər yardım edib? –6 ayda 52 milyard avro pulu kim verib? (SİYAHI)

ABŞ  oktyabrın 10-da Ukrayna şəhərlərini Rusiyanın raket hücumlarından qorumaq üçün nəzərdə tutulmuş “ən yeni hava hücumundan müdafiə sistemləri”nin çatdırıldığını elan edib. Bu yardım fevralın 24-dən bəri başlanan müharibədə Rusiyaya qarşı vahid cəbhə kimi çıxış edən Qərb ölkələrinin bir çox töhfələrinə əlavədir.

Azpost.info bildirir ki, Almaniyanın Kill Dünya İqtisadiyyatı İnstitutunun 2022-ci il oktyabrın 11-də dərc etdiyi son məlumatlara görə, ümumilikdə Ukraynanı dəstəkləyən ölkələr ən azı 84,2 milyard avro hərbi, maliyyə və ya humanitar yardım göstərib.

Siyahı belədir:

Avropa İttifaqı (16,24 milyard)
Yaponiya (610 milyon)
Avstraliya (300 milyon)
Cənubi Koreya (100 milyon)
Yeni Zelandiya (20 milyon)
Tayvan (10 milyon)

Amerika Birləşmiş Ştatları sözsüz ki, ən böyük donordur: 2022-ci ilin yanvar ayının sonundan bəri Ukraynaya 52 milyard avrodan çox yardım edib. Bunun 27,6 milyard avro hərbi yardımdır. Bu isə ümumi yardımın 53 faizi deməkdir.

Avropa İttifaqı ölkələri həm ikitərəfli yardım (12,91 milyard avro), həm də Aİ fondlarından birgə yardım (16,24 milyard avro) edib. Bu, cəmi 29,15 milyard avro edir.

Bu sırada olan ən varlı ölkələr ən səxavətli ölkələr olub.

Digər tərəfdən, bu töhfələri bu donor ölkələrin hər birinin ümumi daxili məhsulu ilə əlaqələndirdikdə fərqli reytinq ortaya çıxır. Latviya ÜDM-nin 0,92%-ni Ukraynaya ödəməklə ən səxavətli ölkədir. Ondan sonra qonşu Estoniya (0,85%) və Polşa (0,49 faiz) gəlir. Daha sonra sırada Norveç (0,38%) yer alır.

ABŞ altıncı yerə (ÜDM-in 0,25%-i) düşür. Almaniya Kiil İnstitutunun məlumatına görə, Fransa ÜDM-in 0,044%-i ilə iyirmi dördüncü yerdədir.

Azpost.info

 

 

Əvvəlki məqalə

Türkiyədə kömür mədənində partlayışın səbəbi məlum olub

Sonrakı məqalə

“Yığmada baş məşqçi Qurban Qurbanov olmalıdır…Fərid hara, futbol hara?” –