“Ümid edirik ki, Aya Sofyanın ümumdünya əhəmiyyəti nəzərə alınacaq”- Rusiya XİN

Moskva Aya Sofya məbədinin statusu ilə bağlı qərarda Türkiyə hakimiyyətinin bu obyektin ümumdünya əhəmiyyətini nəzərə alacağına ümid edir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşinin bildirib.

“Biz öz mövqeyimizi gizlətmirik. Təbii ki, burada söhbət Türkiyə tərəfinin qəbul etdiyi qərarlardan gedir. Ümid edirik ki, bu obyektin ümumdünya əhəmiyyəti də nəzərə alınacaq”, – deyə Rusiya XİN başçısının müavini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında iştirak ediblər

Sonrakı məqalə

İranda son sutkada COVID-19-dan 160 nəfər vəfat edib