Ümummilli lideri Azərbaycan xalqı yad edir

Azərbaycan ictimaiyyət nümayəndələri, sadə vətəndaşlar ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Fəxri xiyabanı ziyarət edir.

Ziyarətə gələnlər ulu öndərin məzarı önünə gül dəstələri qoyur, xatirəsini hörmət və ehtiramla yad edir.

Fəxri xiyabandan hazırladığımız fotoreportajı təqdim edirik.

Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub.

Azərbaycanın ümummilli lideri, Prezident Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda Fəxri Xiyabanda dəfn olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.