“Ünvanlı sosial yardımın verilməsində insan amilinin aradan qaldırılması istənilən səviyyədə deyil”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı millət vəkili Zahid Oruc deyib. O bildirib ki, ünvanlı sosial yardımın verilməsindənsə sahibkarlığı inkişaf etdirmək daha yaxşı olardı: “5 rayonda icra hakimiyyəti rəhbərlərinin həbsi sübut etdi ki, biz bu problemdən qurtulmaq üçün sahibkarlığı inkişaf etdirməliyik. İcra başçıları həbs olunmayan rayonlarda da bu problem qalmaqdadır. Yaşam şəraitinin yaxşılaşdırmaq və bu problemlərdən qurtulmaq üçün sahibkarlığı inkişaf etdirməliyik”. (APA)