“İcra başçıları həbs olunmayan rayonlarda da problem qalır” –Zahid Oruc

“Ünvanlı sosial yardımın verilməsində insan amilinin aradan qaldırılması istənilən səviyyədə deyil”. 

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı millət vəkili Zahid Oruc deyib. O bildirib ki, ünvanlı sosial yardımın verilməsindənsə sahibkarlığı inkişaf etdirmək daha yaxşı olardı: “5 rayonda icra hakimiyyəti rəhbərlərinin həbsi sübut etdi ki, biz bu problemdən qurtulmaq üçün sahibkarlığı inkişaf etdirməliyik. İcra başçıları həbs olunmayan rayonlarda da bu problem qalmaqdadır. Yaşam şəraitinin yaxşılaşdırmaq və bu problemlərdən qurtulmaq üçün sahibkarlığı inkişaf etdirməliyik”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 3 saylı DOST mərkəzinin açılışında

Sonrakı məqalə

“Azərbaycan o ölkələrdəndir ki, həmişə üzüağ, alnıaçıq olub və pandemiya bunu bir daha təsdiqləyib”