Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Ürək sağlamlığı üçün ən faydalı olan 3 ədviyyat hansıdır?

User 15 Oktyabr 2025 - 12:00 (Last updated: 15 Oktyabr 2025 - 00:08)
edviyat

Müntəzəm olaraq az miqdarda qara istiot, darçın və mixəkdən istifadə ürək sağlamlığını möhkəmləndirə və hüceyrələri dağılmadan qoruya bilər. Bu təsirlər həmin ədviyyatlarda olan yüksək polifenol tərkibi ilə bağlıdır.

Trend xəbər verir ki, belə bir qənaətə Amerikanın Aydahо Universitetinin alimləri gəliblər. Araşdırmanın nəticələri “Nutrients” jurnalında dərc olunub.

Polifenollar — güclü iltihabəleyhinə və antioksidant xüsusiyyətlərə malik birləşmələr qrupudur. Onlar hüceyrələri oksidləşdirici stressdən qorumaqda iştirak edir, ürək-damar sisteminə, maddələr mübadiləsinə və qocalma proseslərinə müsbət təsir göstərir.

Tədqiqat çərçivəsində 212 nəfər yetkin iştirakçı 27 müxtəlif kulinariya ədviyyatı və otunun istifadəsi tezliyini özlərinin qiymətləndirdiyi anket doldurub. Alınan məlumatlar beynəlxalq” Phenol-Explorer” bazasından götürülmüş polifenol tərkibi barədə məlumatlarla müqayisə olunub.

Nəticələr göstərib ki, orta hesabla iştirakçılar ay ərzində yalnız ədviyyatlardan 680 milliqramadək polifenol qəbul ediblər — bu göstərici bu maddələrin ümumi qida yolu ilə qəbulunun təxminən 12 faizini təşkil edir. Aktiv birləşmələrin ümumi miqdarına ən böyük töhfəni qara istiot, darçın və mixək verib — bu ədviyyatlar xüsusilə yüksək polifenol konsentrasiyasına malikdir.

AzPost.az

Post navigation

Previous: Dünyada ötən il 8,3 milyon hektar meşə sahəsi məhv edilib
Next: Prezident İlham Əliyevin 22 ili:

Oxşar xəbərlər

banan
  • Maraqlı

Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı

User 26 Oktyabr 2026 - 23:38
beyin
  • Maraqlı

Beynin gizli mexanizmi araşdırıldı – Görünməyən təsvir də beyində qalır

User 26 Oktyabr 2026 - 12:34
olum dirim
  • Maraqlı

Alimlərdən təəccüblü araşdırma – İnsan zorakılıqla ölərsə, “yenidən doğuluş” daha tez baş verir?

User 26 Oktyabr 2026 - 10:17

xƏBƏR

person measures blood sugar with glucometer
  • Sosial

Şəkəri tənzimləməyə kömək edən 5 qida – Kişilər menyuya nə əlavə etməlidir?

User 27 Oktyabr 2026 - 11:10
Qidalanma qanda qlükoza səviyyəsinin tənzimlənməsində mühüm rol oynayır. Bəzi məhsullar karbohidratların mənimsənilməsini ləngitməyə, yeməkdən sonra qan şəkərinin...
Read more about Şəkəri tənzimləməyə kömək edən 5 qida – Kişilər menyuya nə əlavə etməlidir?
İlham Əliyevdən sərt mesaj – “Müstəqil ölkəyə necə yaşamağı öyrətmək istəyirlər” ilham ali forum
  • Siyasət

İlham Əliyevdən sərt mesaj – “Müstəqil ölkəyə necə yaşamağı öyrətmək istəyirlər”

User 27 Oktyabr 2026 - 11:02
Putin ABŞ-da G20 sammitində iştirak edəcək? – Kremldən açıqlama putin valday
  • Dünya

Putin ABŞ-da G20 sammitində iştirak edəcək? – Kremldən açıqlama

User 27 Oktyabr 2026 - 11:00
Azərbaycanda əlilliyə görə ödəniş alanların sayı açıqlandı Pensiya
  • Sosial

Azərbaycanda əlilliyə görə ödəniş alanların sayı açıqlandı

User 27 Oktyabr 2026 - 10:55
İtkin düşmüş 10 nəfər tapıldı, 13 dələduz saxlanıldı – DİN DIN
  • Sosial

İtkin düşmüş 10 nəfər tapıldı, 13 dələduz saxlanıldı – DİN

User 27 Oktyabr 2026 - 10:50
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.