Ursula fon der Lyayen G20 sammitində Rusiyaya çağırış etdi

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen G20 sammitində Rusiyanı Ukraynadan Qara dəniz vasitəsilə taxıl ixracına icazə verməyə çağırıb.

Azpost.info xəbər verir ki, onun sözlərinə görə, bu, qlobal bazarı sabitləşdirmək üçün lazımdır.

“Biz Rusiyanı Ukrayna taxılının Qara dəniz vasitəsilə dünya bazarlarına çıxmasına icazə verməyə çağırırıq”, – Lyayen bildirib.

Komissiya rəhbəri qeyd edib ki, Qərb ölkələri taxıl məhsullarının dünya bazarlarına çıxması üçün əlindən gələni edir.

Azpost.info

Əvvəlki məqalə

“Paşinyanın devrilməsinə dəstək verməyə hazıram” –

Sonrakı məqalə

Sabah hava necə olacaq?