“Azəriqaz” əməkdaşına kəllə atan şəxs həbs edilib

“Azəriqaz” əməkdaşına xəsarət yetirən şəxs həbs edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmət məlumat verib.

Xəbərə görə, aprelin 5-də saat 16.30 radələrində “Azəriqaz” İstehsalat Birliyində çilingər vəzifəsində işləyən Bakı şəhər sakini Ağamirzə Vəliyev döyülməsi ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edib.

Ağamirzə Vəliyev Nəsimi rayonu 3-cü Alatava küçəsindəki evlərdən birinə gələrək həmin ünvanda qaz sayğacında nasazlıq yarandığından yenisi ilə əvəz edilməsinin vacib olmasını ev sahibinə deyib: “Qaz sayğacını əvəz edən zaman A.Vəliyev və ev sahibi Ədalət Hüseynov arasında mübahisə yaranıb. Mübahisə zamanı ev sahibi onu nalayiq ifadələrlə təhqir edərək başı ilə alın nahiyyəsindən 2 dəfə baş zərbəsi endirib.

Nəticədə A.Vəliyev yerə yıxılaraq baş nəhiyyəsindən xəsarət alıb. O, hadisədən sonra xəstəxanaya müraciət edib və tibbi müayinədən keçməklə, polis bölməsi tərəfindən xəsarət dərəcəsinin müəyyən edilməsi məqsədi ilə ekspertizaya göndərilib.

A.Vəliyevi döyüb bədən xəsarəti yetirən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 128-ci və 263.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilən Ədalət Hüseynov Nəsimi RPİ əməkdaşları tərəfindən saxlanılaraq İstintaq şöbəsinə təhvil verilib və barəsində CM-nin 221.1-ci maddəsi ilə cinayət işi başlanaraq həbs edilib”.

Əvvəlki məqalə

“Uşaqlar arasında koranavirus yox olmaqdadır”-

Sonrakı məqalə

Uşaqlar arasında son dövrdə ən çox yayılan xəstəliklər hansılardır?